BBC şərhçisi Trampın bəyanatı haqqında: “O, yenə dünyaya “Disneylend” satır”

2026/04/1775390624.jpg
Oxunub: 461     16:00     05 Aprel 2026    
BBC telekanalının şərhçisi Buşra Şeyx ABŞ prezidenti Donald Trampın İranda vurulan F-15 qırıcı təyyarəsinin pilotunun xilas edilməsi barədə paylaşımını kəskin tənqid edib və bildirib ki, o, “yenidən dünyaya “Disneylend” satır”.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Çox sayda hərbçi ciddi xəsarətlər alıb, xilas edilən zabit son dərəcə ağır vəziyyətdədir və bəlkə də sağ qalmaya bilər. İran bir neçə Amerika təyyarəsini vurub (Fox News) və o, yenə də dünyaya “Disneylend” satır”, - deyə Şeyx “X” sosial şəbəkəsində yazıb.

Daha sonra o, Vaşinqtonun İranda ABŞ xüsusi təyinatlı qüvvələrinin əməliyyatı ilə bağlı təqdim etdiyi bəzi detalları açıqlayıb.

“İki Amerika təyyarəsi sıradan çıxıb, daha sonra onları məhv etmək üçün başqa təyyarələr göndərilib və bütün bunlar ağır yaralanmış hərbçini qorumaq və daha bir neçə nəfəri çıxarmaq cəhdləri zamanı baş verib. Mən inanmıram, burada nəsə qaydasında deyil. Bütün bunlar uydurmadır. Onlar bunu saatlarla yazırlar”, - deyə o bildirib.

Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin vurulan qırıcı təyyarənin pilotunun xilas edilməsi ilə bağlı bəyanatlarını təkzib etmişdi.

Bundan əvvəl isə ABŞ prezidenti İranda vurulan F-15 qırıcı təyyarəsinin pilotunun “düşmən dağlarında” xilas edildiyini bildirmişdi.

“Axios”a danışan amerikalı rəsmilərin sözlərinə görə, əməliyyat Mərkəzi Kəşfiyyat İdarəsi və komando dəstəsinin iştirakı ilə həyata keçirilib.

Bildirilirdi ki, əməliyyatın bütün iştirakçıları, o cümlədən pilot hazırda İran sərhədlərindən kənardadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BBC   Tramp   Disneylend   ABŞ  


Bizi "telegram"da izləyin