Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
BƏƏ Xarici İşlər Nazirliyi bəyanatında Suriyanı səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyə, hadisəni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Reuters agentliyi bildirib ki, dünən günorta saatlarında onlarla etirazçı Dəməşqdə BƏƏ səfirliyi qarşısına toplaşıb.
Toplaşanlardan bəziləri “Sionistlərin səfirliyi” şüarını səsləndiriblər.
Sevinc Əliyeva
Ordu.az