Ordu.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri polis məlumatlarına istinadən məlumat yayıb.
Mavi fonda təsvir olunan ağ göyərçinlə yanaşı, çoxsaylı İran bayraqları, eləcə də bir neçə fələstin tərəfdarı nümayişçi diqqət çəkib.
Builki Pasxa yürüşü “Sülh naminə nümayiş” şüarı ilə keçirilib.
Yürüş Prenzlauer Berqdə yerləşən Mauerparkda başlayıb və daha sonra Bernauer küçəsi, Qranze küçəsi, Svinemünder küçəsi, Kastanienallee, Şönhauser xiyabanı və Ebersvalder küçəsi, eləcə də digər marşrutlar üzrə davam edib.
Pasxa yürüşü Berlin Sülh Koordinasiya Qrupu tərəfindən təşkil olunur.
Təşkilat Almaniyanın silahlı qüvvələrinin (Bundesver) sayının artırılması və hərbi çağırışın bərpası planlarını tənqid edir.
Qrup həmçinin Ukraynaya və İsrailə silah satışına qarşı çıxır.
Bildirilib ki, Ukraynadakı müharibəyə baxmayaraq, təşkilat “Rusiyanı düşmən kimi təqdim etməmək” mövqeyini müdafiə edir.
Sevinc Əliyeva
Ordu.az