Tramp NATO-nu ABŞ-nin son dərəcə etibarsız tərəfdaşı, özünü isə sevimli prezident adlandırıb

2026/03/1774282541.jpg
Oxunub: 450     17:43     04 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp NATO-nu ciddi şəkildə zəifləmiş və Birləşmiş Ştatların son dərəcə etibarsız tərəfdaşı adlandırıb.

Ordu.az xəbər verir ki, ABŞ lideri bu bəyanatı "The New York Times" (NYT) nəşrini kəskin şəkildə tənqid etdiyi "Truth Social" sosial şəbəkəsində yayımlayıb.

Tramp paylaşımında, həmçinin özünü Amerika xalqının ən sevimli prezidenti hesab etdiyini bildirib.

"Sizin sevimli prezidentinizə - MƏNƏ qarşı davamlı saxta xəbər hücumları tirajının kəskin azalmasına səbəb olan iflasa uğrayan "NYT" qəzeti bizim ciddi şəkildə zəifləmiş və son dərəcə etibarsız "tərəfdaşımız" NATO-nu Şimali Amerika Müqaviləsi Təşkilatı adlandırıb. Düzgün ad Şimali Atlantika Müqaviləsi Təşkilatıdır. Çox maraqlı səhvdir!", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO   ABŞ  


Bizi "telegram"da izləyin