Ordu.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
“France 24”ün məlumatına görə, Makron həmçinin Hörmüz boğazının “azad edilməsi” ilə bağlı hərbi əməliyyatı “real olmayan” adlandırıb.
Cənubi Koreyaya səfəri zamanı o, ABŞ və İsrailin İrana qarşı başladığı müharibəni kəskin tənqid edib.
Makron qeyd edib ki, müharibə Tehranın mübahisəli nüvə proqramı kontekstində “uzunmüddətli həll yolu deyil”. O, həmçinin Hörmüz boğazını hərbi yolla “azad etmək” ideyasını qeyri-real hesab edib.
“Bəziləri Hörmüz boğazını hərbi əməliyyat vasitəsilə güc yolu ilə azad etmək ideyasını müdafiə edir. Bu mövqe bəzən ABŞ tərəfindən də ifadə olunur, halbuki dəyişkəndir”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az