“Bloomberg”: Rusiya ilə Ukrayna arasında müharibə daha 1-2 il davam edə bilər

2023/06/1688106769.jpg
Oxunub: 415     14:46     02 Aprel 2026    
Rusiya prezidenti Vladimir Putin ötən ilin sonunda Ukraynanın şərqində yerləşən Kupyansk şəhərinin ələ keçirilməsi ilə bağlı Rusiyanın uğurları barədə tez-tez danışıb, halbuki Volodimir Zelenski bu iddianı təkzib edib və məhz həmin şəhərdən video görüntülər yayımlayıb. Hazırda Ukrayna qüvvələri rus qoşunlarını tədricən Kupyanskdan sıxışdırıb çıxarır.

Ordu.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan Moskvadakı iki mənbə “Bloomberg”ə bildirib.

Mənbələrin məlumatına görə, əgər danışıqlarda dönüş nöqtəsi baş verməsə, Moskva Ukrayna müharibəsinin daha 1-2 il davam edəcəyini gözləyir. Rusiya yeni hücum hazırlayır, lakin hazırda iri şəhərləri ələ keçirmək üçün kifayət qədər qüvvəyə malik deyil və diqqətini Ukraynanın resurslarının tükəndirilməsinə və infrastrukturunun zədələnməsinə yönəldir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin