Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
2026-cı il aprelin 1-də respublikaçı doğum hüququ əsasında vətəndaşlığın verilməsinin məhdudlaşdırılmasına dair fərmanın qanuniliyinə həsr olunmuş dinləmələrdə şəxsən iştirak edib. Bu fərman, o, Ağ Evə qayıtdığı ilk gün imzaladığı sənəd olmaqla, Tramp tərəfindən sərt immiqrasiya siyasətinin əsas elementi hesab olunur.
Tramp Ağ ev kortejinin müşayiəti ilə gəlib və zalın ictimai hissəsinin ön sıralarında yer alıb. Digər iştirakçılarla birlikdə iclas açılarkən məhkəmə xidmətçisinin ənənəvi olaraq səsləndirdiyi “Oyez! Oyez! Oyez!” (“Eşidin! Eşidin! Eşidin!”) çağırışı zamanı ayağa qalxıb. ABŞ Ali Məhkəməsinin sədri Con Roberts prezidentin iştirakına heç bir münasibət bildirməyib.
DW-nin məlumatına görə, Kapitoliy təpəsində yerləşən Ali Məhkəmə binasının qarşısında Trampa qarşı plakatlar qaldıran etirazçılar toplaşıb. İclas zalında təhlükəsizlik tədbirləri adi rejimlə müqayisədə xeyli gücləndirilib.
Aşağı instansiya məhkəməsi Trampın federal qurumlara ABŞ ərazisində doğulan, valideynlərindən heç biri ABŞ vətəndaşı olmayan və ya yaşayış icazəsinə, yəni “green card”a malik olmayan uşaqlara vətəndaşlıq verilməsini qadağan edən fərmanını bloklamışdı.
Sevinc Əliyeva
Ordu.az