Tramp iddia edir ki, ABŞ İran parlamentinin sədri ilə danışıqlar aparır

2026/04/1775041181.jpg
Oxunub: 448     09:56     02 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun administrasiyası İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Telefon danışığı zamanı Amerika lideri bildirib ki, onun administrasiyası parlament sədri Məhəmməd Baqir Qalibaf ilə danışıqlar aparır. “Biz hazırda başqa bir qrupla işləyirik, onlar vəziyyətə nəzarət edirlər və daha mülayimdirlər. Mən hesab edirəm ki, onlar daha məntiqlidirlər”, - deyə ABŞ prezidenti ABC-yə müsahibəsində bildirib.

ABŞ liderinin sözlərinə görə, Qalibaf son vaxtlar ABŞ-yə qarşı ritorikasını yumşaldıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin