“Wall Street Journal”: Tramp şəxsi söhbətlərdə ölkənin NATO-dan çıxmasını istisna etməyib

2026/03/1773752962.jpg
Oxunub: 418     09:33     02 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp şəxsi söhbətlərdə NATO-dan çıxmaq məsələsini müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır.

“Tramp öz müşavirləri ilə NATO-dan çıxmaq imkanını müzakirə edib, əgər müttəfiqlər Hörmüz boğazının açılmasına kömək etməsələr”, - deyə nəşr anonim rəsmilərə istinadən yazır.

Qeyd olunur ki, Tramp hələlik alyansdan çıxmaq barədə birbaşa göstəriş verməyib, lakin bu ehtimalı, eləcə də ABŞ-nin təşkilatdakı rolunun zəiflədilməsi məsələsini müzakirə edib. Mənbələrin bildirdiyinə görə, yekun qərar hələ qəbul edilməyib.

“Trampın son açıqlamaları, dövlət katibi Marko Rubio və digərləri ilə şəxsi söhbətlər zamanı səslənib və bu, onun Avropa ölkələrini Hörmüz boğazının açılmasını təmin etməyə çağırdığı vaxta təsadüf edir ki, ABŞ İran əleyhinə hərbi kampaniyasını dayandıra bilsin. O, NATO-nu ABŞ və İsrailin İrana qarşı hərbi səylərinə qoşulmaqdan imtina etdiyinə görə sərt tənqid edib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Tramp Telegraph-a müsahibəsində də NATO-dan çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO  


Bizi "telegram"da izləyin