Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Florida ştatının Vest-Palm-Biç şəhərində yerləşən “Powerus” son bir ay ərzində BƏƏ-də qabaqcıl müdafiə sistemləri təklif edən şirkətlərdən biri olub. Mənbələrdən birinin sözlərinə görə, müdafiə sənayesi istehsalçıları əməkdaşlarını regiona göndərir və ABŞ-İsrail-İran münaqişəsi fonunda məhsullarına tələbatın artması səbəbindən Fars körfəzi ölkələrində aktiv fəaliyyət göstərirlər.
Mənbələrin bildirdiyinə görə, “Powerus” ilə aparılan danışıqlar hələlik yekun razılaşmanın imzalanması ilə nəticələnməyib.
Sevinc Əliyeva
Ordu.az