Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos bildirib.
O, Aİ-nin çevik reaksiya qrupunun qarşıdakı seçkilərdə xarici müdaxiləyə qarşı mübarizə məqsədilə Ermənistana gələcəyinə toxunub.
Səfir bildirib ki, qrupun tərkibi və iştirakçı ölkələr barədə əlavə məlumat yoxdur.
Onun sözlərinə görə, bu qrup Ermənistana seçki prosesində yaranan çətinliklərin aradan qaldırılmasında kömək edəcək.
Daha əvvəl bildirilib ki, Aİ-nin çevik reaksiya qrupu aprelin əvvəlində Ermənistana gələcək və 9-14 nəfərdən ibarət olacaq.
Məlumata görə, missiya ölkədə 10-15 gün fəaliyyət göstərəcək və dövlət qurumlarına kibertəhlükələr və informasiya manipulyasiyalarına qarşı mübarizədə yardım edəcək.
Aİ hesab edir ki, Ermənistan demokratik institutları zəiflətməyə yönəlmiş intensiv hibrid təhdidlərlə üzləşib.
Qeyd olunub ki, bu təhdidlərin 2026-cı il iyunun 7-də keçiriləcək seçkilər ərəfəsində artması ehtimalı yüksəkdir.
Alpər Mövludoğlu
Ordu.az