Elçin Quliyev xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçuları təltif edib - FOTOLAR

2026/03/photo-1773753358.jpg
Oxunub: 627     17:09     17 Mart 2026    
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçunu təltif edib.

Bu barədə Ordu.az-a DSX-dən məlumat verilib.


Bildirilib ki, Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu və sərhəd mühafizəsi sahəsində görülən işlərdən danışılıb, dövlət sərhədlərinin təhlükəsizliyinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.



DSX-nin rəisi general-polkovnik Elçin Quliyev təltif olunan hərbi qulluqçuların nümunəvi xidmətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində də eyni əzmkarlıq və məsuliyyət nümayiş etdirəcəklərinə inamını ifadə edib.








Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elçin-Quliyev   DSX  


Bizi "telegram"da izləyin