Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
“Omanın xarici işlər naziri bu səfəri regiondakı gərgin vəziyyətə baxmayaraq tarixi addım kimi qiymətləndirib.
Ararat Mirzoyan isə səfərin təşkilinə görə təşəkkürünü bildirib və Ermənistanın Omanla əlaqələri genişləndirmək niyyətində olduğunu vurğulayıb”, - deyə məlumatda qeyd edilib.
***
Maskatda Ermənistan və Oman xarici işlər nazirlərinin görüşü keçirilib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Daha əvvəl Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd bin Həmud Əl-Busaidi ilə görüşün planlaşdırıldığı bildirilmişdi.
Omanın paytaxtı Maskatda Ermənistanın rezident səfirliyinin rəsmi açılışının keçiriləcəyi də qeyd olunub.
Həmçinin ərəb ölkələrində akkreditə olunmuş səfirlərin toplantısının keçirilməsi nəzərdə tutulur.
Alpər Mövludoğlu
Ordu.az