Ordu.az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.
Ermənistan DİN-dən bildirilib ki, aşağıdakı dəyişikliklər edilib:
“Ermənistan DİN Polis Xidmətində Cinayət Polisi Baş İdarəsinin rəisi, polis rəisinin müavini, polis polkovniki Vardan Vardanyan vəzifəsindən azad edilib. Həmin vəzifəyə polis polkovniki Artur Barseğyan təyin olunub.
Ermənistan DİN Polis Xidmətində İcma Polisi Baş İdarəsinin rəisi, polis rəisinin müavini, polis polkovniki Karen Hakopyan vəzifəsindən azad edilib. Polis polkovniki Karen Xaçatryan Ermənistan DİN Polis Xidmətində İcma Polisi Baş İdarəsinin rəisi vəzifəsini icra edən təyin olunub.
Ermənistan DİN Polis Xidmətində Patrul Xidmətinin rəisi, polis rəisinin müavini, polis polkovniki Artur Xudinyan tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə polis polkovnik-leytenantı Gevorq Zakaryan təyin olunub.
Daxili işlər nazirinin digər əmrləri ilə:
Vardan Vardanyan Ermənistan daxili işlər nazirinin müşaviri təyin olunub.
Karen Hakopyan Ermənistan daxili işlər nazirinin müşaviri təyin olunub.
Artur Xudinyan Ermənistan daxili işlər nazirinin köməkçisi təyin olunub”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az