Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Yayımçısının Birinci Kanalı respublikanın DİN-inə istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub.
“Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində aşağıdakı ölkələrin ümumilikdə 85 vətəndaşı ölkədən deportasiya edilib: Banqladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, İordaniya, Hindistan, İran, İsrail, Kot-d’İvuar, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan, Sudan, Tailand, Filippin, Qırğızıstan və Çin”, - deyə məlumatda bildirilir.
Alpər Mövludoğlu
Ordu.az