Paşinyan iki günlük rəsmi səfərlə Polşaya yollanıb

2026/02/1772006838.jpg
Oxunub: 480     11:54     25 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Polşa Respublikasına yollanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Baş nazir Paşinyan Polşanın Baş naziri Donald Tusk ilə görüş keçirəcək. Görüşdən sonra Ermənistan və Polşanın Baş nazirləri KİV nümayəndələri üçün bəyanatlarla çıxış edəcəklər.

Qeyd edilir ki, rəsmi səfər çərçivəsində Baş nazir həmçinin Polşa Prezidenti Karol Navrotski və Senatın sədri Malqojata Kidava Blonska ilə də görüşəcək.

Bildirilir ki, Nikol Paşinyan eyni zamanda Polşa Beynəlxalq Münasibətlər İnstitutunu ziyarət edəcək və burada Polşanın analitik mərkəzlərinin nümayəndələri ilə görüş keçirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Polşa  


Bizi "telegram"da izləyin