Almatıda Azərbaycan və Qazaxıstan diplomatları arasında görüş keçirilib

2024/05/1714811932.jpg
Oxunub: 343     11:28     25 Fevral 2026    
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı nümayəndəliyinin "Facebook" səhifəsində məlumat verilib.

Məlumata görə, fevralın 24-də Almatıda Qazaxıstan XİN-in Almatı şəhərindəki nümayəndəliyinin rəhbərinin müavini Rəşid Yerişevlə Azərbaycan Respublikası səfirliyinin Almatı şəhərindəki nümayəndəliyinin rəhbəri Vüsal Əliyev arasında görüş keçirilib.

"Yerişev azərbaycanlı diplomatı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Tərəflər qarşıdakı tədbirlər barədə məlumat mübadiləsi aparıb və əməkdaşlıq perspektivlərini müzakirə edərək, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tərəfdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsində qarşılıqlı marağı təsdiq ediblər", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qazaxıstan  


Bizi "telegram"da izləyin