Rusiya ermənisi: “Paşinyan 2023-cü ildə məqsədinə çatdı, Qarabağı tam təhvil verdi və məsələni birdəfəlik həll etdi”

2026/02/1772003415.jpg
Oxunub: 359     11:34     25 Fevral 2026    
“Müstəqil Ermənistanın yaradılmasından sonra ciddi irəliləyiş qeydə alınıb. Lakin bu açıq uğurlar, o cümlədən hərbi nailiyyətlər, təəssüf ki, diplomatik cəhətdən möhkəmləndirilə bilmədi və ya “beynəlxalq səviyyədə tanınan” bir həll yoluna aparmadı”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Erməniləri Birliyinin prezidenti Ara Abrahamyan bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri 2019-cu ildə variant təklif etmişdilər, lakin Paşinyan bu təklifi görməzdən gəlib.

“Hadisələrin gedişi göstərdi ki, o, hakimiyyətə Qarabağ məsələsini ermənilərin xeyrinə həll etmək üçün deyil, onu Azərbaycana təhvil vermək və bununla da məsələni bağlamaq üçün gəlib. 2025-ci ilin iyununda o, özü açıq şəkildə etiraf etdi ki, Qarabağ 2022-ci ildə “gecikmə ilə” Azərbaycana verilib. Bununla da hakimiyyətə gəldikdən sonra artıq bu ərazidən imtina etməyə qərar verdiyini təsdiqlədi. Bu isə ordunun zəiflədilməsini və mənəvi sarsıdılmasını, müttəfiqlərlə münaqişəyə girməyi, nəticədə isə müharibəyə və kütləvi hərbi məğlubiyyətə gətirib çıxarmağı tələb edirdi. 2020-ci ildə, 44 günlük müharibənin başlanğıcında o, artıq bu məqsədlərin çoxuna nail olmuşdu. Hərbi əməliyyatlar başladıqdan sonra Ermənistan hakimiyyətinin addımları vaxtında və düzgün həlli bu cür sarsıdıcı məğlubiyyətin qarşısını ala biləcək məsələlərdə ardıcıl açıq uğursuzluqlara çevrildi”, - deyə Abrahamyan qeyd edib.

Abrahamyan bildirib ki, bunun kulminasiya nöqtəsi Paşinyanın 2020-ci ilin oktyabrında Putinin hərbi əməliyyatları dayandırmaq və beş rayonu Bakıya qaytarmaq, eyni zamanda Laçın yolunu və Kəlbəcəri tam şəkildə saxlamaqla “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) bütün ərazisini, o cümlədən Şuşa şəhərini saxlamaq təklifini rədd etməsi olub.

“O, 2023-cü ildə məqsədinə çatdı, Qarabağı tam təhvil verdi və məsələni birdəfəlik həll etdi. Sovet İttifaqının və sosialist sisteminin dağılmasından sonra postsovet məkanında iki meyl formalaşdı: bəzi keçmiş sovet respublikalarında, eləcə də Şərqi Avropanın postsosialist ölkələrində kommunist partiyalarının liderləri özlərini demokrat elan etdilər və hakimiyyəti qoruyub saxladılar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Paşinyan  


Bizi "telegram"da izləyin