Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan “Facebook” səhifəsində yazıb.
“Növbəyə yazıldıqdan sonra pasportu almaq və ya yeniləmək üçün yalnız aylarla gözləmək mümkündür. Bu da vətəndaşlarımızın haqlı narazılığına səbəb olub.
Məsələyə mütəmadi olaraq toxunaraq qeyd etmişik ki, sistem həddindən artıq yüklənib. Konkret addımlar atılmalıdır ki, xüsusilə paytaxt sakinləri növbə müddətini bir qədər azaltmaq üçün məcburən regionlara getməsinlər.
Əminəm ki, həll yolu tapmaq və belə sayca çox olmayan əhaliyə lazımi xidmət göstərmək çətin məsələ deyil. Belə misli görünməmiş növbələr olduqda pasport şöbələri genişləndirilə və heyət artırıla bilər”, - deyə o qeyd edib.
Danielyan bildirib ki, ona həmçinin Qarabağdan (könüllü-red.) köç etmiş şəxslər də müraciət edirlər və Ermənistan vətəndaşlığının verilməsi prosesinin ləngiməsindən şikayət edirlər.
“Xüsusilə seçkilər ərəfəsində belə süni maneələrin yaradılması yolverilməzdir və şübhələr doğurur. Təsvir olunan problemlərin aydınlaşdırılması ilə bağlı aidiyyəti qurumlara yazılı sorğular ünvanlamışam”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az