Mirzoyanın müavini albaniyalı həmkarı ilə görüşüb

2026/02/1772002970.jpg
Oxunub: 490     11:00     25 Fevral 2026    
BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Albaniyanın Avropa və xarici işlər nazirinin müavini Meqi Fino ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan və Albaniya arasında beynəlxalq strukturlarda qarşılıqlı fəaliyyət dairəsinin genişləndirilməsi perspektivlərinə toxunulub. Həmsöhbətlər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən İnsan Hüquqları Şurası çərçivəsində birgə işlərin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

“Nazir müavini Robert Abisoğomonyan həmkarına bu il İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasına (COP17) hazırlıq çərçivəsində görülən işlər barədə məlumat verib.

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli gündəliyin irəlilədilməsi, o cümlədən siyasi dialoqun stimullaşdırılması və məsləhətləşmələrin aktivləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Albaniya  


Bizi "telegram"da izləyin