Ermənistan KİV-i: Köçəryanın qayıdışını cəmiyyətin böyük hissəsi istəmir

2026/02/1772000915.jpg
Oxunub: 519     10:25     25 Fevral 2026    
Hakimiyyət nümayəndələri son bir həftə ərzində gecə-gündüz iyunun 7-də keçiriləcək seçkilərdə “Gümrü 2” adlı müxalif qüvvələrin seçkidən sonrakı birləşməsinə yol verilməyəcəyindən danışırlar və xüsusilə vurğulayırlar ki, müxalifətin namizədi Robert Köçəryan olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin Ermənistan hakimiyyətinə yaxın mənbəsi etiraf edib ki, xüsusi xidmət orqanlarının daxili sorğularının nəticələrinə görə, hakimiyyət vahid müxalifətə uduzur.

“Buna görə də başqa yol qalmır, hamını Rusiya agenti kimi təqdim etmək və “Robert Köçəryan - Baş nazir” qorxusu ilə cəmiyyəti vahiməyə salmaq lazım gəlir. Xüsusən də Samvel Karapetyanı “keçmişlər”in sırasına daxil edə bilmədikləri üçün belə edirlər.

Ümid yalnız Robert Köçəryanın mənfi reytinqinə qalıb ki, insanlar bilsinlər: kimə səs versələr də, sonda Köçəryan Baş nazir olacaq. Onun qayıdışını isə cəmiyyətin böyük hissəsi istəmir. Buna görə də, 2021-ci ildə olduğu kimi, bu ehtimal olunan qorxunun təsiri ilə gedib yenidən hakim partiyaya səs verəcəklər. Yeri gəlmişkən, dövlət aparatında milyonlarla dram məbləğində mükafatlar paylandıqdan sonra hakimiyyətin daxili sorğuları göstərib ki, onların reytinqi bir neçə bənd aşağı düşüb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Köçəryan  


Bizi "telegram"da izləyin