Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik Argişti Kiviryan deyib.
Onun sözlərinə görə, hakimiyyət seçkilər, inqilab və ya dövlət çevrilişi yolu ilə ələ keçirilə bilər.
“Eyni zamanda, müxalifət heç vaxt hakimiyyəti seçkilər yolu ilə ələ almayıb. Buna görə də, Ermənistanda inqilab həyata keçirməyə qadir qüvvələr meydana çıxmasa, Paşinyan yenidən özünü təkrar edəcək. Seçkiləri inqilaba çevirmək də bir variantdır, amma Paşinyan yalnız seçkilər yolu ilə yenidən istehsal olunacaq”, - deyə Kiviryan vurğulayıb.
Onun qiymətləndirməsinə görə, əgər hakimiyyət seçkilərdən əvvəl müxalifətin mümkün birləşməsindən narahat olsaydı, bu barədə danışmaz və ya kartlarını açmazdı, əksinə, Milli Təhlükəsizlik Xidməti və polis vasitəsilə işləyərdi. “Bu halda isə hər şey göstərir ki, bu məsələ onları ciddi şəkildə narahat etmir.
Müstəqil Ermənistan tarixində bütün hakimiyyətlər sorğuların nəticələrinə deyil, sadəcə rəqəmlər uydurmaq əsasında formalaşıb. Keçmiş hakimiyyət nümanyəndələri niyə düşünürlər ki, onlar rəqəmləri “çəkirdilərsə”, Nikol Paşinyan daha yüksək mənəvi keyfiyyətlər nümayiş etdirəcək və rəqəm çəkməyəcək? Hakimiyyəti itirmək təhlükəsi yarananda Nikol Paşinyanın rəqəm çəkməyəcəyini düşünmək sadəlövhlükdür. Heç olmasa bir dəfə olubmu ki, o, nəsə desin və sonra əksini etməsin. Buna görə də, bu məsələdə onun sözünün üstündə duracağını düşünmək sadəlövhlükdür”, - deyə Kiviryan bildirib.
O izah edib ki, hakimiyyət inzibati resurslar vasitəsilə üstünlük əldə edə bilər və bu resurslar həmişə hakim partiyaya səslər təmin edir. “Əgər o, bu resursdan indi ibadət zamanı istifadə edirsə, niyə seçkilər zamanı istifadə etməsin. O, peyklərdən isə son vasitə kimi istifadə edir, çünki bu mərhələdə onlarla mümkün əməkdaşlıqdan danışmaq zəiflik əlaməti sayılar”, - deyə erməni ekspert qeyd edib.
Onun fikrincə, Nikol Paşinyan istənilən qiymətə 2021-ci ildəkindən daha çox səs toplamağı planlaşdırır ki, bununla da Qarabağ, Azərbaycan və Türkiyə məsələləri ilə bağlı siyasətinin erməni cəmiyyətinin tam dəstəyinə malik olduğunu elan edə bilsin.
Alpər Mövludoğlu
Ordu.az