“İravunk”: Paşinyan psixoloji seans təşkil edib

2026/02/1771998202.jpg
Oxunub: 356     09:40     25 Fevral 2026    
Paşinyan komanda yoldaşlarını sakitləşdirib və qarşıdakı seçkilərdə qələbələrinin qaçılmaz olduğunu deyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, hakim partiya daxilində yayılan məlumatlara görə, Paşinyan partiya üzvlərinin düşdüyü çətin psixoloji vəziyyəti aradan qaldırmağa çalışaraq deyib:

“Cəsarətlə davam edin, xalqın istəklərinə uyğun hərəkət edin. Kimin hansı problemi varsa, hətta həlli mümkün olmayan olsa belə, gəlib mənə məruzə etsin ki, həll edim, insanlar yenidən bizdən ruhlansınlar.

Maliyyə məsələsi də tam həll olunub, seçki kampaniyalarında pul çatışmazlığı olmayacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin