“Hraparak”: Serj Sarkisyanın komandası aktiv yenidənqurma mərhələsindədir

2026/02/1771997691.jpg
Oxunub: 378     09:34     25 Fevral 2026    
Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası iyunun 7-də keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı qərarını açıqlamağa tələsməsə də, partiya qurultayını aprelin əvvəlinə təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, bununla paralel olaraq, Respublikaçılar Partiyasının rəhbərliyi icmalara, partiya strukturlarına fəal səfərlər edir, lakin bu səfərlər naməlum səbəblərdən işıqlandırılmır.

“Məlum olur ki, partiya eyni zamanda yeni, uzunmüddətli strategiya hazırlayır və bu sənəd qurultaya qədər tamamlanmalı, qurultay iştirakçılarına təqdim edilməlidir. Bundan başqa, daxili struktur dəyişiklikləri də aparılır.

Bir sözlə, aktiv partiya işi gedir. Qurultaya qədər, ehtimal ki, martın ortalarında seçkilərdə iştirak edib-etməmək barədə qərar açıqlanacaq”, - deyə KİV vurğulayıb.

Nəşr bildirib ki, əgər iştirak etsələr, qanunun tələbinə uyğun olaraq qurultay zamanı seçki siyahısının ilk 30 nömrəsi təsdiqlənəcək.

“Mənbələrimiz bildirir ki, hazırda bu barədə soruşanlara yekun qərarın olmadığını, iştirak məsələsinin 50/50 olduğunu deyirlər. Bununla yanaşı, bəziləri əmindir ki, bu dəfə Respublikaçılar Partiyası seçkilərdə iştirak etməyəcək, lakin Paşinyanın partiyasını məğlub etmək üçün digər müxalif siyasi qüvvələrə dəstək verməyə çalışacaq”, - deyə KİV qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin