“Joğovurd”: Avropa İttifaqının Paşinyanın partiyası üçün seçkiöncəsi sürprizi var

2025/10/1761476356.jpg
Oxunub: 354     09:31     25 Fevral 2026    
Mayın 7-də Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammiti keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, sammitə bir sıra Avropa dövlətlərinin rəhbərləri və parlament nümayəndələri dəvət olunub. Görüşdə təhlükəsizlik, miqrasiya, infrastruktur və siyasi əməkdaşlıqla bağlı ən aktual məsələlər müzakirə ediləcək.

“Avropa İttifaqı da təcili addımlarla İrəvanla əməkdaşlığı dərinləşdirir və ilk Aİ-Ermənistan sammitinin keçirilməsini planlaşdırır. Eyni zamanda, Aİ ilə Ermənistan viza liberallaşdırılması istiqamətində irəliləyiş əldə edir, ikitərəfli Viza Liberallaşdırılması Fəaliyyət Planı artıq hökumət səviyyəsində müzakirə olunur. Gözlənilir ki, yaz aylarında bu planın icrası ilə bağlı Aİ-nin qiymətləndirməsi açıqlanacaq və bu, viza liberallaşdırılması yolunda mühüm legitim addım ola bilər”, - deyə KİV qeyd edib.

Nəşrin Paşinyanın partiyası daxilində olan söhbətlərdən əldə etdiyi məlumata görə, may sammiti günlərində hakimiyyət imzalanmış sənəd əldə edəcək.

“Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsi, eləcə də viza liberallaşdırılması ilə bağlı mümkün ilkin razılaşmalar hakimiyyət tərəfindən xarici siyasətdə mühüm nailiyyətlər kimi təqdim oluna bilər.

“Joğovurd” qəzeti hökumətə müraciət edərək mövzu ilə bağlı şərh istəsə də, suallar cavabsız qalıb.

Lakin ölkə daxilində müxaliflərə qarşı cinayət təqibləri, tənqidə görə həbslər, din xadimi siyasi məhbuslar və siyasi təzyiqlər davam etdiyi şəraitdə geosiyasi dəstək böyük dəyər kəsb etmir.

Qərb platformalarında əldə olunan dəstək nə qədər önəmli olsa da, demokratik institutların möhkəmləndirilməsini və hüquqi dövlətin real formalaşmasını əvəz edə bilməz. Əks halda paradoks yaranır: hakimiyyət xarici aləmdə özünü Avropa dəyərlərinin daşıyıcısı kimi təqdim etməyə çalışır, daxili siyasi həyatda isə klassik avtoritar idarəetmə üsulları hökm sürür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin