Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Paşinyanın partiyasında bu hesabatlarla bağlı döyüşkən əhval-ruhiyyə var və ölkədə mövcud olan hüquqi “özbaşınalıq”, keçmişlərin “cəzasızlığı” və digər cinayətlərin bütün məsuliyyətini həmin qurumların rəhbərlərinin üzərinə atmaq üçün nümayişkaranə bir teatr qurmağa qərar veriblər.
“Halbuki çox yaxşı bilirlər ki, bu qurumların hamısı Nikol Paşinyanın göstərişlərini sözsüz yerinə yetirir. O, eyni zamanda həm baş prokuror, həm İstintaq Komitəsinin rəhbəri, həm daxili işlər naziri, həm də Milli Təhlükəsizlik Xidmətinin direktorudur.
Bu qurumların hazırkı rəhbərlərinə gəlincə isə, hakim partiyada xüsusilə baş prokuror Anna Vardapetyana qarşı daxili antipatiya var və onun dəyişdirilməsi məsələsinin gündəmə gətirilməsi istisna edilmir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az