Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin mənbələri bildirir ki, bu həbslər polis sisteminin keçmiş yüksəkvəzifəli şəxslərinə aid olacaq və siyahı yalnız iki nəfərlə məhdudlaşmayacaq.
“Xatırladaq ki, ötən gün Antikorrupsiya Komitəsinin sədri Artur Nahapetyan Ermənistan parlamentində “1 Mart” işi üzrə yeni həbslər barədə açıqlama verib. Jurnalistlərlə söhbətdə, artıq işə cəlb olunmuş İrəvan şəhər idarəsinin patrul-post xidmətinin keçmiş komandiri Robert Melkonyan və onun müavini Valeri Osipyanla yanaşı, yeni təqsirləndirilən şəxslərin olub-olmayacağı sualına Nahapetyan müsbət cavab verib və ictimaiyyətin müəyyən olunmuş qaydada məlumatlandırılacağını deyib.
Xatırladaq ki, “1 Mart” cinayət işi üzrə artıq Ermənistanın keçmiş polis rəisi Valeri Osipyan və İrəvanın keçmiş polis rəisinin müavini Robert Melkonyana ittiham irəli sürülüb. Onlar irəli sürülən ittihamı qəbul etmir və bunu qondarma hesab edirlər”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az