Bu barədə
Ordu.az-a səfirlikdən məlumat verilib.
Tədbirdə səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı Ottavada təhsil alan tələbələr də iştirak ediblər.
Tədbirə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Daha sonra çıxış edən müvəqqəti işlər vəkili Vüsal Süleymanov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olaraq adlandırıb.
Tədbir çərçivəsində Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və film nümayiş etdirilib, qonaqlar üçün ehsan təşkil olunub.
Ordu.az