Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - FOTOLAR

2026/02/1770808624.jpg
Oxunub: 261     14:51     11 Fevral 2026    
Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılığı altında nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Bu barədə Ordu.az-a Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb.

Nümayəndə heyəti həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərəb-Parlamenti   Azərbaycan  


Bizi "telegram"da izləyin