Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
“Biz Rusiya ilə vuruşmayacağıq. Mənim Putin və Mişustinlə çox açıq və səmimi münasibətlərim var, bu bizim strategiyamızdır. Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, lakin hər zaman Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərəcəyik. Burada müəyyən kəsişmələr ola bilər, amma biz deyə bilmərik ki, Ermənistanın maraqlarına zidd olaraq Rusiyanın və ya hər hansı başqa ölkənin maraqları naminə hərəkət edəcəyik.
Rusiyalı tərəfdaşlara demişəm ki, 2020-ci il avqustun 8-də biz Rusiyaya əvvəlki 5 il ərzində təklif etdiyimiz bir sənədi imzalamışıq. Biz cəmi 5 söz istəmişdik: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq, sərhədlərin toxunulmazlığı. Bu 5 sözü yazın və mən istənilən an imzalamağa hazıram”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az