Paşinyan: “Front Office”də ümumiyyətlə insan olmaya da bilər”

2026/02/1770750487.jpg
Oxunub: 545     23:05     10 Fevral 2026    
“Avqustun 8-də baş verənlər siyasi bəyannamə, siyasi görüş və siyasi danışıqlar idi. Lakin avqustun 8-dən uzaqlaşdıqca və siyasi məqsədlər reallaşdıqca iqtisadiyyata doğru transformasiya baş verir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan-Azərbaycan münasibətlərində biz görürük ki, iqtisadiyyat siyasəti qabaqlayır. Burada da eyni vəziyyətdir. Siyasi bəyannamə iqtisadi diqqəti cəlb edir. İqtisadi münasibətlərin xüsusi çəkisi siyasi münasibətlərdən daha çox olduqda bu o deməkdir ki, siyasi bəyanat məqsədinə çatıb və reallaşır.

Biz dünən Vens ilə sərhəd vəziyyəti və regional gərginlik barədə danışmadıq, bu da o deməkdir ki, gündəmdə belə bir məsələ yoxdur. Təbii ki, post-münaqişə vəziyyəti ilə bağlı bəzi məsələlər müzakirə olunub”, - deyə o qeyd edib.

TRIPP (Zəngəzur dəhlizi-red.) proqramı çərçivəsində Ermənistan vətəndaşlarının Azərbaycan ərazisindən keçərkən azərbaycanlılarla qarşılaşıb-qarşılaşmayacağı sualına Paşinyan belə cavab verib: “Biz TRIPP-i investisiya proqramı kimi qəbul etməliyik. Avqustun 8-də bu, siyasi bəyannamə idi, indi isə ABŞ-nin rəhbərlik edəcəyi investisiya proqramına çevrilib. “Front Office” və “Back Office”i investorun mümkün qədər yüksək keyfiyyətli və cəlbedici xidmət göstərmək istəyi və niyyəti kimi qəbul etməliyik ki, bundan mümkün qədər çox insan yararlansın. “Front Office”də ümumiyyətlə insan olmaya da bilər, bunun əvəzində süni zəka və ən müasir avadanlıqlar ola bilər.

TRIPP Ermənistanda həyata keçirilən investisiya proqramıdır, Azərbaycanda TRIPP yoxdur, buna görə də orada nə olacağını deyə bilmərəm. Hər iki ölkədə sərhəd keçidləri dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək. Qarşılıqlılıq şərtləri daxilində nəqliyyat marşrutlarının və kommunikasiya xətlərinin əlçatanlığı təmin olunacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin