Xartiya: Azərbaycan və ABŞ neft-qaz və elektroenergetika sahəsində əməkdaşlığı genişləndirəcək

2026/02/1770739779.jpg
Oxunub: 647     20:03     10 Fevral 2026    
Azərbaycan və ABŞ həm ikitərəfli əsasda, həm də üçüncü ölkələrlə tərəfdaşlıq çərçivəsində neft, qaz və elektroenergetika sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində deyilir.

"Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində, neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər" , - Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ABŞ  


Bizi "telegram"da izləyin