"Bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq" - ABŞ-ın Vitse-prezidenti

2026/02/17707-1770739602.jpg
Oxunub: 387     19:40     10 Fevral 2026    
Bu, ABŞ-ın xarici siyasətində də özünü göstərir - biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək.

Ordu.az xəbər verir ki, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu tərəfdaşlıq regionda sülh və əmin-amanlıq yaradacaq, daha çox bazarlara çıxışı təmin edəcək: “Bu isə regionda elə bir şərait yaradacaq ki, xalqlar toqquşmasın, əməkdaşlıq etsin. Bu, ABŞ Prezidentinin üzərimizə qoyduğu hədəfdir. Biz bunu icra edirik və çalışıq belə tədbirlər keçirməklə bir-birimizə yardımçı olaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin