Xartiya: Vaşinqton Bakı ilə humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək

2026/02/photo-1770739489.jpg
Oxunub: 380     19:55     10 Fevral 2026    
ABŞ Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının mətnində deyilir.

"Sənəd ərazilərinin minalar və partlamamış döyüş sursatları ilə çirklənməsi ilə əlaqədar Azərbaycanın üzləşdiyi ciddi çağırışlar nəzərə alınaraq, maliyyə dəstəyi və texnologiya təminatı vasitəsilə humanitar minatəmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasında əməkdaşlığı nəzərdə tutur", - Xartiyanın mətnində qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xartiya   Vaşinqton   Bakı  


Bizi "telegram"da izləyin