Boçorişvili: "Yaxın dövrdə Gürcüstan-ABŞ əlaqələrində daha çox aydınlıq yaranacaq"

2025/01/afe5d-1737035701.jpg
Oxunub: 339     19:53     10 Fevral 2026    
Gürcüstan ABŞ-nin yeni administrasiyasının gündəliyində prioritetə çevrilmək istəyir.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüş zamanı deyib.

Nazirin sözlərinə görə, bu görüş ABŞ-nin yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli münasibətlərin müzakirəsi üçün vacib platforma olub və yaxın dövrdə Gürcüstan–ABŞ əlaqələrində daha çox aydınlıq yaranacaq.

Maka Boçorişvili bildirib ki, Gürcüstanla ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi və bu əlaqələrə yeni yanaşmaların tətbiqi məsələsində tərəflərin mövqeləri üst-üstə düşür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boçorişvili   Gürcüstan   ABŞ  


Bizi "telegram"da izləyin