Ermənistan TŞ katibi Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini ilə görüşüb

2026/02/1770039252.jpg
Oxunub: 485     17:32     02 Fevral 2026    
Fevralın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər məmnunluqla Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın ardıcıl inkişafını və genişlənməsini vurğulayıb, həmçinin Ermənistan-Avropa İttifaqı üzrə geniş gündəliyin bir sıra məsələlərini müzakirə edərək, Avropa Sülh Fondu tərəfindən Ermənistana dəstəyin ikinci hissəsinin ayrılmasını vacib hesab ediblər.

“Görüş zamanı Təhlükəsizlik Şurasının katibi Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində regional qarşılıqlı əlaqəlilik və infrastrukturun inkişafı istiqamətində həyata keçirilən layihələri təqdim edib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin