Ordu.az xəbər verir ki, Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi yazılı açıqlama yayaraq, sözügedən silah satışlarının Konqresə bildirildiyini qeyd edib.
Buna əsasən, ABŞ İsrailə 3,8 milyard dollar dəyərində ümumilikdə 30 “Apache” helikopterinin, eləcə də bu helikopterlərdə istifadə olunan çoxsaylı müxtəlif ehtiyat hissələri və sursatların satışını təsdiqləyib.
Dövlət Departamenti həmçinin təxminən 2 milyard dollar dəyərində Müştərək Yüngül Taktiki Nəqliyyat Vasitələri və müvafiq avadanlıqların satışına da razılıq verib.
İsraillə bağlı təsdiqlənmiş digər satış əməliyyatında isə Dövlət Departamenti təxminən 740 milyon dollar dəyərində “Namer” zirehli personal daşıyıcıları üçün güc paketləri və inteqrasiya olunmuş logistika dəstəyi avadanlıqlarının satışını da təsdiqləyib.
Açıqlamada qeyd edilib: “Təklif olunan satış əməliyyatlar zamanı quru qoşunlarının hərəkət qabiliyyətini artıraraq İsrailin mövcud və gələcək təhdidlərə qarşı durma imkanlarını gücləndirəcək”.
Sevinc Əliyeva
Ordu.az