Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, daha sonra görüş nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə davam etdirilib.
“Tərəflər müdafiə sahəsində Ermənistan və Hindistan arasında əməkdaşlığın hazırkı gedişini müzakirə edib, ikitərəfli əməkdaşlıq planı çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrini ümumiləşdiriblər.
Həmçinin 2026-cı il üçün planlaşdırılan tədbirlərin səmərəli icrası ilə bağlı bir sıra məsələlərə toxunulub. Təhsil, peşəkar hazırlıq, təlimlər və hərbi təlimlər, eləcə də müxtəlif sahələrdə təcrübə mübadiləsi tədbirlərinin Ermənistan və Hindistanda keçirilməsinin vacibliyi qarşılıqlı şəkildə vurğulanıb.
General-leytenant Edvard Asryan Ermənistan Silahlı Qüvvələrinin transformasiya istiqamətlərini təqdim edərək, bu prosesdə Ermənistan-Hindistan əməkdaşlığının əhəmiyyətini xüsusi qeyd edib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az