“Luys” fondu: Ermənistanın dövlət büdcəsi planlaşdırılandan əhəmiyyətli dərəcədə kənara çıxmaqda davam edir

2025/09/1758616510.jpg
Oxunub: 433     15:08     02 Fevral 2026    
Ermənistanın “Luys” fondu 2025-ci ilin yanvar-dekabr aylarında Ermənistan iqtisadiyyatının sosial-iqtisadi inkişafını təhlil edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, 2025-ci ilin illik göstəricilərinə əsasən iqtisadi aktivliyin kifayət qədər yüksək artım tempi qeydə alınıb.

Fondun təhlilinə görə, iqtisadi aktivlik indeksi 9,1 faiz təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən təxminən 1,1 faiz bəndi yüksəkdir. Artım tempi əsasən ilin sonunda sürətlənib ki, bu da sənayenin bərpası ilə əlaqədar olub. Sənayedəki bərpa isə öz növbəsində qızılın yenidən ixracının aktivləşməsi ilə şərtlənib. Yəni Ermənistan iqtisadi aktivliyinin dinamikası hələ də xarici amillərdən asılı olaraq formalaşır.

Bildirilib ki, sənayedə artım tempi ilin sonunda əsasən qeyri-sabit amillər hesabına sürətlənib. “Sənaye sektorunda artım tempi ilin sonunda əhəmiyyətli dərəcədə yüksələrək dekabr ayında 38,6 faizə çatıb. Lakin bu artımın mühüm hissəsi, noyabr ayının məlumatlarına görə təxminən 19,9 faiz bəndi “əsas metalların istehsalı” alt sahəsində təxminən 2,9 dəfə artımla bağlıdır. Bu isə əsasən qızılın yenidən ixracının artımını əks etdirir. Sözügedən hal təbii olaraq dayanıqlı xarakter daşımır və Ermənistan iqtisadiyyatından asılı olmayan amillər nəticəsində neytrallaşa bilər. Buna görə də bu cür iqtisadi artım davamlı deyil və uzunmüddətli potensialın yüksəlməsinə töhfə vermir.

Ermənistanın dövlət büdcəsi planlaşdırılandan əhəmiyyətli dərəcədə kənara çıxmaqda davam edir. Dövlət büdcəsinin gəlirləri artıqlaması ilə yerinə yetirilsə və vergi gəlirləri demək olar ki, planlaşdırılan səviyyədə toplansa da, xərclərin ciddi şəkildə icra olunmaması səbəbindən büdcə kəsiri planlaşdırılandan təxminən 30,6 faiz fərqlənib. Büdcənin kapital xərclərinin icrası əvvəlki illərlə müqayisədə yaxşılaşıb ki, bu da əsasən Müdafiə Nazirliyinin xərclərinin yüksək payı ilə bağlıdır. Dövlət büdcəsinin daha ətraflı təhlili büdcənin illik hesabatı dərc edildikdən sonra mümkün olacaq”, - deyə fond vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Luys   Ermənistan  


Bizi "telegram"da izləyin