Gümrü merinin oğlu və Gümrü bələdiyyəsinin vəzifəli şəxsləri barəsində yeni ittiham irəli sürülüb

2026/02/1770030314.jpg
Oxunub: 399     15:02     02 Fevral 2026    
Gümrü şəhər meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan, eləcə də Gümrü icmasının rəhbərinin birinci müavininin köməkçisi Karapet Qukasyan, Gümrü icmasının rəhbərinin birinci müavini Avetis Arakelyan və “Gümrünün Kommunal Xidməti” QSC-nin şöbə müdiri Artyom Mkrtçyan barəsində yeni ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Spartak Qukasyan qrup tərkibində vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə məqsədilə vəzifəli şəxsə məxsus əmlakın zədələnməsini və məhv edilməsini təşkil edib və buna rəhbərlik edib, eyni məqsədlə vəzifəli şəxsə qarşı zorakılıq tətbiq edib, həmçinin ictimai təhlükəsizliyə təhdid yaradan, zorakılıq, əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil edib və onlara rəhbərlik edib.

Ona Ermənistan Cinayət Məcəlləsinin 46-452-ci maddəsinin 2-ci hissəsi, 46-452-ci maddəsinin 3-cü hissəsi və 327-ci maddəsinin 1-ci hissəsi üzrə, yəni vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmə və kütləvi iğtişaşlarda iştirak etmə maddələri ilə ittiham irəli sürülüb.

Karapet Qukasyan qrup tərkibində öz hakimiyyət və xidməti səlahiyyətlərini aşmaqda, səlahiyyətləri çərçivəsindən kənara çıxan əməllər törətməkdə ittiham olunur. Bu əməllər nəticəsində şəxslərin, təşkilatların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına və cəmiyyətin qanuni maraqlarına ciddi ziyan dəyib. Eyni zamanda o, qrup tərkibində vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə məqsədilə vəzifəli şəxsə məxsus əmlakın zədələnməsini və məhv edilməsini, vəzifəli şəxsə qarşı zorakılıq tətbiqini, həmçinin ictimai təhlükəsizliyə təhdid yaradan, zorakılıq, əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil edib və onlara rəhbərlik edib.

Ona Ermənistan Cinayət Məcəlləsinin 46-452-ci maddəsinin 2-ci hissəsi, 46-452-ci maddəsinin 3-cü hissəsi, 327-ci maddəsinin 1-ci hissəsi və 441-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi üzrə, yəni vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmə, kütləvi iğtişaşlarda iştirak etmə, habelə vəzifəli şəxs tərəfindən hakimiyyət və ya xidməti səlahiyyətlərdən, yaxud həmin səlahiyyətlərlə bağlı təsirdən sui-istifadə etmə və ya səlahiyyət həddini aşma maddələri ilə ittiham irəli sürülüb. Bu əməllərin bir qrup vəzifəli şəxs tərəfindən qabaqcadan razılaşma əsasında törədildiyi bildirilir.

Avetis Arakelyan da qrup tərkibində öz hakimiyyət və xidməti səlahiyyətlərini aşmaqda, səlahiyyətləri çərçivəsindən kənara çıxan əməllər törətməkdə ittiham olunur. Nəticədə şəxslərin, təşkilatların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına və cəmiyyətin qanuni maraqlarına ciddi ziyan dəyib. O da eyni zamanda qrup tərkibində vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə məqsədilə vəzifəli şəxsə məxsus əmlakın zədələnməsini və məhv edilməsini, vəzifəli şəxsə qarşı zorakılıq tətbiqini, habelə ictimai təhlükəsizliyə təhdid yaradan, zorakılıq, əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil edib və onlara rəhbərlik edib.

Ona da Ermənistan Cinayət Məcəlləsinin 46-452-ci maddəsinin 2-ci hissəsi, 46-452-ci maddəsinin 3-cü hissəsi, 327-ci maddəsinin 1-ci hissəsi və 441-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi üzrə ittiham irəli sürülüb.

Artyom Mkrtçyan isə qrup tərkibində öz hakimiyyət və xidməti səlahiyyətlərini aşmaqda, səlahiyyətləri çərçivəsindən kənara çıxan əməllər törətməkdə ittiham olunur. Nəticədə şəxslərin, təşkilatların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına və cəmiyyətin qanuni maraqlarına ciddi ziyan dəyib. O, həmçinin ictimai təhlükəsizliyə təhdid yaradan, zorakılıq, əmlakın məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil edib və onlara rəhbərlik edib.

Ona Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi və 327-ci maddəsinin 1-ci hissəsi üzrə ittiham irəli sürülüb.

İş yanvarın 21-də məhkəməyə daxil olub və korrupsiya cinayətlərinə baxan Ermənistan Antikorrupsiya Məhkəməsinin hakimi Sarkis Dadoyana həvalə edilib.

Bu gün iş üzrə ilk məhkəmə iclası keçiriləcək.

Xatırladaq ki, 2025-ci il oktyabrın 20-də Ermənistanın hüquq-mühafizə orqanları çoxsaylı polis qüvvələri ilə Gümrü bələdiyyə binasını mühasirəyə almışdı. Onlar şəhər meri Vardan Qukasyanı güclü təzyiqlər altında bələdiyyə binasından çıxararaq həbs etmişdilər. Qukasyanın tərəfdarları hüquq-mühafizə orqanlarının onu aparmasına mane olmaq üçün bələdiyyə ərazisində toplaşmışdı. Hadisədən sonra onlarla şəxs saxlanılmış və həbs edilmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gümrü   Ermənistan  


Bizi "telegram"da izləyin