Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha da iştirak edib.
“Müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirərək, qarşılıqlı fəaliyyət proqramlarının müntəzəm şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladım.
General Çauhan Hindistan Silahlı Qüvvələrinin mövcud sahələr üzrə əməkdaşlığı inkişaf etdirməyə, habelə qarşılıqlı maraq doğuran yeni istiqamətlər üzrə təşəbbüslər irəli sürməyə hazır olduğunu ifadə edib”, - deyə Papikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az