Ermənistan parlamentinin sədri İranın yeni təyin olunmuş səfiri ilə görüşüb

2026/02/1770027365.jpg
Oxunub: 390     14:14     02 Fevral 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan fevralın 2-də İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolamini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər parlamentlərarası əlaqələrin inkişafı və regional maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin