Ermənistanın dövlət sərhədini qanunsuz keçməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb, 7 nəfər saxlanılıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Daha əvvəl “Azadlıq radiosu” öz mənbələrinə istinadla yazıb ki, bir neçə gün əvvəl Banqladeşdən olan bir qrup şəxs Ermənistan tərəfdən İranla dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərib, lakin Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulublar.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Banqladeş
Ermənistan
İran