Sabiq erməni deputat: “Ermənistan artıq erməni dövləti deyil, bu hakimiyyətin erməniliklə heç bir əlaqəsi yoxdur”

2026/02/1770016141.jpg
Oxunub: 348     14:15     02 Fevral 2026    
“Ermənistan artıq erməni dövləti deyil, erməni dövlətçiliyinin fəlsəfəsi ilə heç bir bağlılığı yoxdur”.

Ordu.az xəbər verir ki, bunu erməni tarix elmləri namizədi, Ermənistan parlamentinin keçmiş deputatı Mihran Hakobyan deyib.

Onun sözlərinə görə, Ermənistan dövlətçiliyi və erməniliklə əlaqəsi olmayan bu hakimiyyət dövründə elə bir vəziyyət yaranıb ki, “Yerablur” yalnız ölmüş erməni hərbi qulluqçuların valideynləri, yaxınları və cəmiyyətin bir hissəsi üçün dəyərli məkana çevrilib.

“Erməni dövləti ilə əlaqəsi olmayan bu hakimiyyət isə hər şeyi edir ki, təkcə “Yerablur” kölgədə qalmasın, həm də həmin insanların göstərdiyi “qəhrəmanlıq” unudulsun”, - deyə Hakobyan vurğulayıb.

O bildirib ki, 44 günlük müharibə və ondan sonrakı döyüş əməliyyatları zamanı verilmiş saysız-hesabsız itkilər fonunda Ermənistanın və erməni dövlətçiliyinin fəlsəfəsi ilə heç bir əlaqəsi olmayan bu yad hakimiyyət bu günə qədər onların adlarını gizlədir.

“44 günlük müharibədə 4000-dən çox ölən olan var. Onların “qəhrəmanlıqları” haqqında heç bir söhbət yoxdur, bütün bunlar gizlədilir”, - deyə Hakobyan qeyd edib.

Erməni tarixçinin fikrincə, məqsədli şəkildə “heyvaniləşdirmə” təbliğatı aparılır və bütöv bir xalqı düşüncəsi yalnız yemək, kef çəkmək, oxumaq və oynamaqdan ibarət olan kütləyə çevirməyə çalışırlar.

Hakobyan bildirib ki, Ermənistanın mövcud hakimiyyəti ölkəni çıxılmaz vəziyyətə aparıb və müxalifətin buna alternativi yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakobyan  


Bizi "telegram"da izləyin