Sabiq erməni spiker: “Yoxsul Ermənistanda 5,5 milyardlıq silah haradan idi? Bu, Azərbaycanın ələ keçirdiyi silahdır”

2026/02/1770016085.jpg
Oxunub: 436     14:29     02 Fevral 2026    
“Prinsip etibarilə, bəli, seçkilər yolu ilə hakimiyyəti dəyişmək mümkündür”.

Ordu.az xəbər verir ki, bunu iyunun 7-də keçiriləcək parlament seçkiləri barədə danışarkən Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü, ölkənin parlamentinin sabiq sədri Samvel Nikoyan deyib.

“Mən hesab edirəm ki, bəli, mümkündür. Eyni zamanda anlayıram ki, o, (Nikol Paşinyan-red.) hansı hakimiyyət resurslarına malikdir. Bu resurslardan nə qədər təkəbbürlü formada istifadə edəcəyini, müxalif liderlərə qarşı repressiyaları necə davam etdirəcəyini də başa düşürəm”, - deyə Nikoyan bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasının iştirak edib-etməyəcəyi barədə hələlik qərar yoxdur, lakin 35 illik tarixi olan, müstəqil Ermənistanın bütün seçkilərində iştirak etmiş partiya bu dəfə də iştirak etməlidir.

Erməni siyasətçinin qənaətincə, Ermənistanın və erməni xalqının mövcud mürəkkəb vəziyyətdən çıxış yolu mübarizə aparmaqdır və bunu bəşəriyyətin bütün tarixi sübut edir, istər bu mübarizə siyasi proseslər, mitinqlər, impiçment, istərsə də növbədənkənar və ya növbəti seçkilər vasitəsilə olsun.

“Çıxış yolu mübarizədir, öz baxışın və həmin baxışın arxasınca getmək, mübarizə aparmaqdır. Bu yeni deyil, bütün xalqlarda, bütün dövrlərdə belə olub. Mübarizə. Mübarizəsiz heç nə ola bilməz. Ağıllı, düşünülmüş, birləşmiş, bir məqsəd naminə mübarizə. Əgər məqsədini çox aydın formalaşdırırsansa, onda hər şey daha asan olur”, - deyə Nikoyan vurğulayıb.

Ermənistan parlamentinin sabiq sədri qeyd edib ki, müharibənin əleyhinədir və ən çox sülh arzulayanlardan biridir, lakin bəşəriyyətin bütün tarixi müharibələr tarixidir və sadəcə “yaxşı yaşamaq” və ya “sakit yaşamaq” məqsədi güdən xalqlar tarix səhnəsindən siliniblər.

“Yoxsul Ermənistanda 5,5 milyardlıq silah haradan idi? Bu, Azərbaycanın ələ keçirdiyi silahdır. Bəli, Ermənistanın bu qədər silahı var idi və onun hansısa faizi demək olar ki, müqavimətsiz rəqibə verildi. Həmin silahlar hərbi-siyasi əməkdaşlıq nəticəsində gətirilmişdi. Onu guya Qarabağı çoxdan satmış, sadəcə bunu bu sadəlövhün cibinə qoymuş “pis əvvəlki hakimiyyətlər” gətirmişdi. Bəs rəqibə verilən o 5,5 milyardlıq silah haradan idi? Əgər vermirdilərsə, o silah haradan gəldi?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nikoyan   Ermənistan  


Bizi "telegram"da izləyin