Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının icraedici orqanının üzvü, ölkənin müdafiə nazirinin keçmiş birinci müavini Artak Zakaryan deyib.
Onun sözlərinə görə, hazırkı hakimiyyət bölgədə apardığı “makro-politika” nəticəsində Ermənistanı maraqların toqquşduğu mərkəzə çevirib və dövlətçiliyə təhlükə yaradan risklər formalaşdırıb.
“Bu gün bizə heç kim, nə ABŞ, nə Avropa, nə də Rusiya təhlükəsizlik zəmanəti verməyib. Qonşu dövlətimiz İran ətrafında vəziyyət gərgindir, ikinci toqquşma mərhələsi mümkündür. Dörd sərhədimizdən ikisi bağlıdır, biri isə təhlükə altındadır. Biz öz təhlükəsizliyimizi, xüsusilə də şərq sərhədimizi özümüz təmin etməyi bacarmalıyıq. İranla sərhəddə proqnozlaşdırıla bilən səviyyədə nəzarət olunmalıdır. Silahlı Qüvvələrimizin vəzifəsi şərq sərhədlərimiz üzərində nəzarəti daha da gücləndirməkdir, çünki heç kim bilmir ki, 6 ay sonra nə baş verəcək. Yalnız hazır olmaqla biz sülhü və təhlükəsizliyi qoruya bilərik”, - deyə Zakaryan bildirib.
O həmçinin qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə yaxşı dayaq nöqtəsidir.
“Azərbaycanın bu baxımdan planları var və onların həyata keçirilməsinə Ermənistan mane olur”, - deyə Zakaryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az