Erməni din xadimi: “Müdafiə Nazirliyi, nazir və Baş Qərargah rəisi keşişlərə təzyiq göstərməyə cəhd ediblər”

2026/02/1770015791.jpg
Oxunub: 375     15:15     02 Fevral 2026    
“Bir həftə əvvəl Müdafiə Nazirliyində iclas keçirilmişdi və həmin iclasa baş keşiş dəvət olunmuşdu, digər din xadimləri isə görüşdə iştirak etməmişdilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Şoğakat” telekanalına açıqlamasında erməni din xadimi Psak Mkrtçyan deyib.

“Görüşdə müdafiə naziri, Baş Qərargah rəisi də iştirak edirdi. Diakonlara birbaşa şəkildə islahat proqramı ilə bağlı mövqelərini öyrənməyə çalışıblar, proqram üçün mümkün qədər dəstək qazanmağa cəhd ediblər. Mənim məlumatıma görə, ayrı-ayrılıqda oğlanlar nazir müavini ilə də görüşmüşdülər.

Əminliklə deyə bilərəm ki, bizim oğlanlar kilsə adamına yaraşan şəkildə cavab vermişdilər.

Nazir müavini ilə görüş zamanı birbaşa sual verilmişdi: sizin mövqeyiniz nədir, qoşulursunuzmu, yoxsa yox? Oğlanlar yenə də imtina etmişdilər. Bundan sonra müxtəlif yüksək rütbəli hərbçilər hərbi hissələrə səfərlər edərək müxtəlif üsullarla yenidən baş keşişlərin mövqeyini öyrənməyə çalışıblar. Elə yerlər olub ki, hətta psixoloji təzyiqlər göstərilib, ruhani rəhbərlə əlaqə saxlamağa belə icazə verilməyib. Bəzən isə yalan məlumatlar yayılıb ki, guya sizin ruhani rəhbəriniz məlumatlıdır və razıdır, amma əslində belə bir şey olmayıb.

Bunun ardınca isə artıq, ən azı mənim üçün gözlənilən nəticə baş verdi və bilirik ki, fevralın 1-dən etibarən Müdafiə Nazirliyinin əmri ilə Ermənistan Silahlı Qüvvələrinin ruhani rəhbərliyi ləğv olunur”, - deyə Ter Psak bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mkrtçyan  


Bizi "telegram"da izləyin