Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan“Facebook” səhifəsində yazıb .
Onun sözlərinə görə, 1990-cı illərdə kəndlərdə nə qədər köhnə xalça, palaz var idisə, hamısını alıb toplayıblar və Türkiyəyə göndəriblər.
“Hazırkı hakimiyyət Türkiyə ilə sərhədin hər nə bahasına olursa-olsun, müxtəlif güzəştlər hesabına açılmasını elə arzulayır ki, sanki bundan sonra Ermənistanın məhsulları, sənaye malları Türkiyə bazarını bürüyəcək.
Türkiyə ilə sərhəd açılarsa, Nikol Paşinyana yaxın, xoşagəlməz ləqəblərlə tanınan oliqarxlar Türkiyədən ucuz mallar idxal edəcək və Türkiyə mallarından əldə olunan mənfəət hesabına daha da zənginləşəcəklər”, - deyə Sarkisyan qeyd edib.
Sarkisyan bildirib ki, ucuz Türkiyə tərəvəzi Ağrı düzündəki istixana sahiblərini müflis edəcək.
“Ermənistanın iri vergi ödəyiciləri arasında sənaye nəhəngləri yoxdur, ölkənin yüksək texnologiyalı sənayesi mövcud deyil.
Dünyada düşüncə, texnologiya və bilik əsaslı iqtisadiyyatlar arasında kəskin rəqabət gedir, amma Ermənistanı Nikol Paşinyanın sözləri ilə desək, 7 il birinci sinifdə qalanlar idarə edirlər. Onlar səssiz-səmirsiz, zəhmətlə işləmək əvəzinə şoular göstərir, yalanlarla Ermənistanın “qürurlu” vətəndaşlarının beynini doldururlar.
Onlar hakimiyyətdə olduqları müddətdə Ermənistan uğur qazana, rəqabətədavamlı ola bilməz”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az