İrəvanda atışma olub, odlu silah yaraları alan 44 yaşlı kişi tibb mərkəzinə çatdırılıb

2026/02/r45fd-1770014144.jpg
Oxunub: 521     10:33     02 Fevral 2026    
Yanvarın 9-da İrəvanda atəş səsləri eşidilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Saat 01:20 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Polis Xidmətinin Kriminal Polisi Baş İdarəsinin İrəvan şəhər idarəsinə operativ məlumat daxil olub ki, odlu silah yaraları ilə bir nəfər “Astğik” tibb mərkəzinə çatdırılıb.

Məlumata görə, İrəvan Kriminal İdarəsinin əməliyyat qrupu xəstəxanaya yollanıb və orada məlumatın təsdiqləndiyi, yaralının isə Lori vilayətinin sakini, 44 yaşlı Artak M. olduğu müəyyən edilib. Xəstəxanaya gələn kriminal polis əməkdaşlarına həkimlər bildiriblər ki, yaralı əməliyyat otağında olduğuna görə izahat vermək vəziyyətində deyil.

Kriminal polis əməkdaşları tərəfindən hadisə yerinin, cinayəti törədən şəxsin və cinayətin aləti olan odlu silahın müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı sənədlər tərtib edilərək Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər istintaq idarəsinin Malatiya-Sebastiya inzibati rayonlarının istintaq şöbəsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Atışma  


Bizi "telegram"da izləyin