Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
ASFAT-ın baş direktoru İlbaş ASFAT-ın ixrac göstəriciləri və bağladığı sazişlər barədə jurnalistlərə məlumat verib.
İlbaş Rumıniya ilə imzaladıqları layihə sayəsində NATO və Avropa İttifaqına üzv bir ölkəyə hərbi gəmi ixrac etdiklərini bildirərək deyib: “Bu ixrac bizə Avropanın qapılarını açdı. Hazırda yeni danışıqlar aparırıq. Satışlar üçün müqavilə mərhələsindəyik. Bundan sonrakı prosesdə bunun Avropada bizə töhfə verəcəyini qiymətləndiririk”.
Quru platformaları sahəsində ilk 8×8 T-155 taktiki təkərli “Panter” haubitsasını inventara daxil etdiklərini xatırladan İlbaş fevral ayında daha 3 ədədin təhvil veriləcəyini açıqlayıb. İlbaş qalan 36 ədəd haubitsanın da bu il başa çatmadan 12 ədəd olmaqla 3 partiya şəklində təhvil veriləcəyini qeyd edib.
İlbaş bildirib: “2025-ci ildə imzaladığımız müqavilələr əvvəlki 7 ildə imzalanmış müqavilələrin ümumi həcminin təxminən 2 qatına bərabərdir”.
Sevinc Əliyeva
Ordu.az